...

ABŞ-ın Qazaxıstandakı səfirinin fikrincə, BTC kəmərinə qarşı ciddi təhlükə yoxdur

Siyasət Materials 24 İyul 2006 17:48 (UTC +04:00)
ABŞ-ın Qazaxıstandakı səfirinin fikrincə, BTC kəmərinə qarşı ciddi təhlükə yoxdur

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin müdafiəsi Azərbaycan, Gürcüstan və Türkiyənin öhdəliyindədir. "Biz boru kəmərinin təhlükəsizliyinin təminatında iştirak edən şirkətlərlə sıx əməkdaşlıq edirik, lakin hesab etmirəm ki, Türkiyənin İraqla sərhədindəki vəziyyətlə əlaqədar kəmər üçün ciddi təhlükə var" - deyə Trend in Astanadakı xüsusi müxbirinin yaydığı məlumata əsasən, ABŞ-ın Qazaxıstandakı səfiri Corc Ordvey bildirib.

İyulun ortalarında Xəzərin karbohidrogen ehtiyatlarını dünya bazarına çatdıran BTC kəməri istismara verilib. Kəmərin son təyinat nöqtəsi Türkiyədə yerləşir ki, bu ölkənin İraqla sərhədində Kürd Fəhlə Partiyası üzündən vəziyyət gərgindir.

"Türkiyə və ABŞ hesab edir ki, KFP terrorçu təşkilatdır. Türkiyə ilə İraq arasındakı sərhədin bir hissəsi təhlükəlidir. Unutmaq lazım deyil ki, KFP ucqar dağ ərazilərində fəaliyyət göstərir və yeni hökumətlə əlaqə saxlamır. Hazırda İraq və Türkiyə hökumətləri arasında KFP problemilə bağlı danışıqlar aparılır. Bu, çox mürəkkəb problemdir və mən hərbi əməliyyatla bağlı ehtimallar irəli sürə bilmərəm" - deyə ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Con Abizaid bildirib.

Xəbər lenti

Xəbər lenti