...

C.Bayoğlu: "Azərbaycanın ictimai-siyasi qüvvələri Güney hərəkatının iştirakçısına çevrilməlidir"

Siyasət Materials 26 İyul 2006 13:31 (UTC +04:00)

Azərbaycan Respubliksında fəaliyyət göstərən ictimai, siyasi təşkilatlar, ziyalılar Güney Azərbaycanda gedən milli hərəkata dəstək verməli və bu hərəkatın iştirakçısına çevrilməlidir. Trend in məlumatına görə, bu təşəbbüslə iyulun 26-da mətbuat konfransı keçirən Güney Azərbaycan Milli Hərəkatını Müdafiə Komitəsinin sədri Cahandar Bayoğlu çıxış edib.

O bildirib ki, Güney Azərbaycanda soydaşlarımızın milli hərəkatı ilə bərabər, İran hakimiyyətinin də hərəkatçılara təzyiqləri davam edir. C.Bayoğlunun sözlərinə görə, İranda həbs olunan hərəkatçıların öldürülməməsi, onlara daha amansız münasibət göstərilməməsinin səbəbi şimalda müstəqil Azərbaycan Respublikasının mövcud olmasıdır: "İran həmişə soydaşlarımıza münasibətində Azərbaycandan ehtiyat edir, daha diqqətli olur. Güneyli hərəkatçılar Quzey Azərbaycandan daha böyük dəstək gözləyir. Buradakı siyasi partiyaların, ictimaiyyət nümayəndələrinin, ziyalıların bir araya gələrək Güney Azərbaycanla bağlı vahid mövqeyini, hərəkata ümumi dəstəyini bildirməsinin, birgə fəaliyyət göstərməsinin vaxtı çatıb. Bunu Azərbaycanın milli maraqları tələb edir"-deyə C.Bayoğlu qeyd edib. O, Bakıda geniş tərkibli tədbirin keçirilməsinin və orada ictimai-siyasi qüvvələrin ümumi birliyinin yaradılmasının vacibliyini diqqətə çatdırıb.

C.Bayoğlu onu da bildirib ki, Güney Azərbaycanın hərəkat liderlərindən olan Abbas Lisani həbsxanada aclıq aksiyasını davam etdirir, hərəkatın digər fəalı Qulamrza Əmanlı ev dustağıdır, hərəkatçıların vəkili Saleh Kamraniyə təzyiqlər edilir. Abbas Cavadi, Həsən Azərbaycani, Həsən Ərk kimi ziyalılar təzyiq altındadırlar.

Xəbər lenti

Xəbər lenti