...

Ramil Usubov: "Hacı Məmmədovun məhkəməsində şahid qismində ifadə verməyə hazıram"

Siyasət Materials 29 İyul 2006 12:35 (UTC +04:00)

"Hacı Məmmədovun məhkəməsində şahid qismində dindirilməyə hazıram". Trend "ANS"-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov məlumat verib.

"Məhkəmədə şahid qismində dindirilməyim barədə vəkillərin vəsatət qaldırması onların müstəsna hüququdur . Əgər məhkəmə lazım bilsə və dəvət etsə, prosesdə iştirak etməyə hazıram" - deyə R.Usubov bildirib.

Qeyd edək ki, adam oğurluğu və çoxsaylı qətllərdə ittiham olunan DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və onun bandasının cinayət işi üzrə məhkəmə iclasında Kamil Sədrəddinovun vəkili Oqtay Gərəkməzli vəsatətlə çıxış edərək daxili işlər nazirinin məhkəmədə şahid qismində dindirilməsini xahiş edib. Vəkil vəsatətini onunla əsaslandırmışdı ki, 1995-ci ilin avqust ayında R.Usubov Kamil Sədrəddinovu yanına çağıraraq ona saxta pasport təqdim edib və Dağıstana göndərib. Vəkil bu epizoda aydınlıq gətirilməsi üçün R.Usubovun şahid qismində məhkəməyə dəvət olunmasını və dinlənilməsini xahiş etmişdi.

Məhkəmədə iştirak edən dövlət ittihamçıları isə daxili işlər nazirinin məhkəmənin sonunda şahid qismində dindirilməsini təklif etmişdilər.

Xəbər lenti

Xəbər lenti