...

AİP rəhbərliyi ABŞ səfirinin müşaviri ilə görüşdən imtina edib

Siyasət Materials 2 Avqust 2006 17:08 (UTC +04:00)

Azərbaycan İslam Partiyasının (AİP) rəzbərliyi ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Reveto Neslo ilə görüşdən imtina edib. Bu barədə Trend ə AİP-dən bildiriblər.

Qeyd edək ki, görüşə təşəbbüs ABŞ səfirliyi tərəfindən olunub.

AİP-dən bildiriblər ki, görüşdən imtina edilməsinə səbəb ABŞ-ın beynəlxalq aləmdə yürütdüyü antislam siyasəti və Dağlıq Qarabağ problemi ilə bağlı tutduğu ikili standart siyasətidir. Qeyd olunub ki, ABŞ-ın İraqı işğal etməsi, Ermənistanı işğalçı dövlət kimi tanımaması, İsrailin Fələstini və Livanı işğal etməsinə həqq qazandırması da görüşün baş tutmamasına təsir edib.

Azərbaycan islamçıları bəyan ediblər ki, terrorçu və terroru dəstəkləyən bir ölkənin təmsilçiləri ilə hər hansı bir məsələ barədə müzakirə aparmaq düzgün deyil.

Xəbər lenti

Xəbər lenti