...

Fəzail İbrahimli: "Milli Məclisdə fəaliyyət göstərən müxalifətçi deputat qrupunda təmsil olunmaq fikrində deyiləm"

Siyasət Materials 3 Avqust 2006 12:16 (UTC +04:00)

Milli Məclisdə fəaliyyət göstərən müxalifətçi deputat qrupunda təmsil olunmaq fikrində deyiləm. Bu barədə Trend ə 2006-cı ildə təkrar parlament seçkilərində millət vəkili seçilən Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədrinin müavini Fəzail İbrahimli bildirib.

Millət vəkili onu da qeyd edib ki, Milli Məclisdə belə bir qrupun fəaliyyət göstərməsindən belə xəbəri yoxdur: "Çalışacağam ki, özümün müxalifət düşüncəmi və cəmiyyətdəki mövqeyimi ədalətli formada biruzə verim. Hərənin özünün müxalifət düşüncəsi var. Ona görə də müxalifətçilik birmənalı başa düşülmür".

"Müxalifət deputat qrupunda VHP sədri Sabir Rüstəmxanlı da təmsil olunur, müavinin sədrlə bir yerdə olmamasını necə qəbul etmək olar" sualımızı cavablandıran F.İbrahimli bildirib: "Biz elə parlamentə müxalifət nümayəndəsi kimi düşmüşük. Daha orada müxalifət qurmaq haqqında nəsə eləmək lazımdır". "Necə fikirləşirsiniz, parlamentdə bu qrupa ehtiyac varmı" sualımızı isə millət vəkili belə cavablandırıb: "Parlamentdə 25 millət vəkilindən ibarət fraksiya formalaşdırılmalıdır ki, gündəliyə çıxarılan hər hansı bir məsələyə təsiretmə mexanizmi yaransın".

Qeyd edək ki, Milli Məclisdə müsavatçı Aynur Quliyeva daxil olmaqla beş partiya sədrindən ibarət deputat qrupu fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti