Avqustun 4-də Azərbaycan prezidenti İlham Əliyev Hökumət Evində aparılan təmir işlərinin gedişilə tanış olub.
Trend "AzTV" telekanalına istinadən xəbər verir ki, baş nazir müavini Abid Şərifov dövlət başçısını görülən işlərin təhlükəsizlik texnikası ilə tanış edib və yüksək ixtisaslı mütəxəssislərin işlərə cəlb edildiyini qeyd edib.
İ.Əliyev həmçinin Hökumət Evinin dəniz tərəfindən işıqlandırılması layihəsi ilə də tanış olub.