...

Bakıda Ali Məhkəmənin yeni binasının təməli qoyuldu

Siyasət Materials 8 Avqust 2006 12:38 (UTC +04:00)
Bakıda Ali Məhkəmənin yeni binasının təməli qoyuldu

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın Ali Məhkəməsinin yeni binasının təməlqoyma mərasimində iştirak edib. Trend in xəbər verdiyi kimi, prezident qeyd edib ki, Azərbaycanın məhkəmə sistemi sürətli templərlə təkmilləşir.

"Bu proses çox uğurla gedir. Onun başlanğıcı var, lakin sonu yoxdur", - deyə İlham Əliyev öz çıxışı zamanı bildirib.

Dövlət başçısının sözlərinə görə, hazırda Azərbaycanda iqtisadi islahatlar çox uğurla davam edir, sərmayələr qoyulur. "Adambaşına düşən sərmayəyə görə Azərbaycan bölgədə birinci yeri tutur", - deyə prezident qeyd edib. Onun fikrincə, sərmayələrin cəlb olunması üçün repsublikanın məhkəmə sistemini təkmilləşdirmək lazımdır. İnvestorları, hər şeydən əvvəl, ölkənin məhkəmə və vergi qanunvericiliyi maraqlandırır.

Lakin məhkəmə sisteminin uğurla inkişaf etməsinə baxmayaraq, bu sistemdə hələ çoxlu çatışmazlıqlar var. Bölgələrdə çoxlu problemlər mövcuddur. Bu problemlər həll edilməlidir.

Prezidentin sözlərinə görə, bu gün ölkədə məhkəmələrin maddi-texniki bazası təkmilləşdirilir. "Bölgələrdə yeni binalar tikiləcək. İnkişafın daha bir amili məhkəmə korpusunun peşəkarlığının artırılmasıdır", - deyə İlham Əliyev bildirib.

Qeyd edək ki, Ali Məhkəmənin yeni binasının dəyəri təxminən 21 mln. AZN təşkil edəcək. Onun sahəsi 26 min kv. metr olacaq. Binanın tikintisi 2,5 il ərzində tamamlanacaq.

Xəbər lenti

Xəbər lenti