...

Türkiyənin dövlət naziri Heydər Əliyev Fondunda olub

Siyasət Materials 9 Avqust 2006 17:08 (UTC +04:00)

Azərbaycanda səfərdə olan Türkiyə baş nazirinin müavini, dövlət naziri Məhmət Əli Şahinin başçılıq etdiyi nümayəndə heyəti avqustun 9-da Heydər Əliyev Fondunda olub. Trend in məlumatına görə, Fondun icraçı direktoru Anar Ələkbərov qonaqları Heydər Əliyev Fondu ilə tanış edib.

Nümayəndə heyətini Azərbaycanın gənclər və idman naziri Azad Rüstəmov və Türkiyənin ölkəmizdəki səfiri Turan Moralı müşayiət ediblər.

Fondun direktoru A.Ələkbərov qardaş Türükiyənin nümayəndə heyətini Azərbaycanın eks-prezidenti Heydər Əliyevin həyatının müxtəlif anlarını əks etdirən ekspozisiyalar, onun dünyanın məşhur siyasi və dövlət xadimləri, tanınmış elm, mədəniyyət və incəsənət adamları ilə görüşlərini xatırladan fotoşəkillərlə tanış edib. Qonaqlar Heydər Əliyevin Türkiyənin dövlət və hökumət başçıları, tanınmış simaları ilə çəkdirdiyi şəkillərə tamaşa edib, həmçinin ümummilli liderin uşaqlıq illəri, orta və ali məktəb illərinə dair sənədlər, kitablar, Heydər Əliyev Fondunun vebsaytı, beynəlxalq əlaqələri, həyata keçirdiyi layihələrlə də tanış olublar. Məhmət Əli Şahin Heydər Əliyev Fondunun xatirə kitabına ürək sözlərini yazıb.

Anar Ələkbərov öz növbəsində Heydər Əliyev Fondunun 2005-2006-cı illərdəki fəaliyyətinə həsr edilmiş kitabı xatirə olaraq M.Ə. Şahinə təqdim edib.

Xəbər lenti

Xəbər lenti