...

Nazir: 7 ay ərzində DİN-də 20 nəfər vəzifəsindən azad olunub

Siyasət Materials 11 Avqust 2006 14:32 (UTC +04:00)
Nazir: 7 ay ərzində DİN-də 20 nəfər vəzifəsindən azad olunub

7 ay ərzində mənfi hərəkətlərinə görə daxili işlər orqanlarının təxminən 20 nəfər əməkdaşı vəzifədən azad olunub. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, daxili işlər naziri Ramil Usubov avqustun 11-də jurnalistlərə bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan DİN-də çoxminlik kollektiv işləyir.

"Bir nazir kimi mən istəyirəm ki, bizim polislərimiz qanuna hörmətlə yanaşsın və öz xidməti vəzifələrini lazımi səviyyədə yerinə yetirsin. Lakin sirr deyil ki, çoxminlik kollektivdə bəzən cinayətə meyilli adamlar da olur. Ən əsası - nazirliyin rəhbərliyinin bu faktlara münasibətidir" - deyə R.Usubov bildirib və əlavə edib ki, nazirlik belə hallara qarşı mübarizə aparmaq niyyətində qətidir.

Nazir deyib ki, ötən il DİN-də Daxili Təhlükəsizlik İdarəsi yaradılıb ki, onun məqsədi belə halların aşkarlanmasına köməklik göstərməkdir. "Biz belə işləri prokurorluq orqanlarına veririk, qanunu pozmuş əməkdaşlarımızı daxili işlər orqanlarından azad edirik. Bu bir daha DİN-in əxlaqlı və qanuna uyğun hərəkət edən əməkdaşların orqanlarda işləməsində maraqlı olduğunu nümayiş etdirir" - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti