Rusiyanın Axalkalakidəki (Gürcüstan) hərbi bazasından texnika aparan növbəti eşelon yerli vaxtla təxminən saat 13:00-da Azərbaycan ərazisindən çıxacaq. Bu barədə Trend ə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsindən xəbər veriblər.
Azərbaycan ərazisindən Rusiyaya 15 vaqon göndəriləcək. Vaqonlara üç T-72 tankı, bir T-34, altı BRDM-2, üç BTC-4, həmçinin yüz ton tankvuran mərmi yüklənib.
Avqustun 17-də Rusiya texnikası aparan sonuncu kolonna Axalkalakidən Gümrüyə (Ermənistan) yola düşəcək. Növbəti eşelon isə avqustun 22-də Azərbaycan ərazisindən keçməklə Rusiyaya yola düşəcək.