...

Gürcüstan prezidenti Batumidə Azərbaycanın baş naziri ilə görüşüb

Siyasət Materials 18 Avqust 2006 20:49 (UTC +04:00)

Avqustun 18-də Batumidə Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycanın baş naziri Artur Rəsizadə ilə görüşüb. Trend in ITI-yə istinadən xəbər verdiyi kimi, görüşdən məmnunluğunu bildirən M.Saakaşvili Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının Batumidə keçirilmiş iclasının nəticələri ilə maraqlanıb.

A.Rəsizadə iclasın yekunlarının məhsuldar olduğunu bildirib və belə əməkdaşlığın davam etdiriləcəyinə əminlik ifadə edib.

Görüşdə Gürcüstanın baş naziri Zurab Noqaideli də iştirak edib.

Avqustun 18-də Azərbaycan nümayəndə heyəti Bakıya qayıdıb.

Xəbər lenti

Xəbər lenti