Bu il Qazax rayonunda 239 nəfər iş üçün Məşğulluq Mərkəzinə müraciət edib. Onların 67-nə işə göndəriş verilib. 51 nəfəri isə işsiz statusu alıb. Bunlardan 15 nəfərinə işsizlik müavinəti təyin edilib. 28 nəfər isə təklif olunan işlərdən imtina edib. 65 nəfər işləmək istəməyib.
Hazırda Mərkəzdə 75 boş iş yeri var. Bu məlumatları Trend ə Qazax rayon Məşğulluq Mərkəzinin direktoru Səfurə Vəliyeva verib.