Azərbaycan Respublikası Baş Prokurorluğu təbii qazdan, elektrik enerjisindən və məişətdə sudan istifadəyə görə nağdsız hesablaşmaların aparılması işinin təşkili və yığılan pulların büdcəyə ödənilməsi vəziyyətinin araşdırılması məqsədilə Şəki, Goranboy, Şamaxı və Salyan rayonlarında müvafiq yoxlamalar aparır. Bu barədə Trend ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Araşdırmalar dövlət başçısının təbii qazdan və elektrik enerjisindən istifadəyə görə haqların ödənilməsi sahəsində olan qanunsuzluqların təxirəsalınmadan aradan qaldırılması üçün prokurorluq orqanlarının bu sahəyə nəzarətinin gücləndirilməsi barədə verdiyi tapşırığa əsasən həyata keçirilir.
Araşdırmalar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində əlaqədar nazirliklərin və nəzarətedici orqanların mütəxəssislərindən ibarət komissiya tərəfindən aparır.