...

Azərbaycan XİN başçısı ÜƏT-in Bakı ofisinin yeni rəhbərini qəbul edib

Siyasət Materials 24 Avqust 2006 12:40 (UTC +04:00)

Azərbaycan hökuməti və Ümumdünya Ərzaq Təşkilatı arasında əməkdaşlıq perspektivləri Bakıda xarici işlər naziri Elmar Məmədyarovun təşkilatın Bakı ofisinin yeni rəhbəri xanım Linn Millerlə görüşündə müzakirə olunub. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat mərkəzindən məlumat verilib.

Yeni təyinatı münasibətilə L.Milleri təbrik edən nazir təşkilatın ölkənin qaçqın və məcburi köçkünlərinə yardım göstərməyi davam etdirməsi zəruriliyini vurğulayıb.

L.Miller təşkilat və Azərbaycan hökuməti arasında əməkdaşlığın inkişafına yardım etmək, qaçqın və məcburi köçkünlərin işi sahəsində hökumətin təcrübəsi ilə tanış olmaq, o cümlədən bu kateqoriyadan olan şəxslərin sosial problemlərinin həllinə kömək etmək niyyətində olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti