...

İlham Əliyev Türkiyənin İqdır bələdiyyəsinin sədrini "Tərəqqi" ordeni ilə təltif edib

Siyasət Materials 24 Avqust 2006 18:10 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev avqustun 24-də Türkiyənin İqdır bələdiyəsinin sədri Nurettin Arasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Trend in xəbər verdiyi kimi, İ.Əliyev Azərbaycan və Türkiyə arasında əməkdaşlığı yüksək qiymətləndirib.

Bu yaxınlarda BTC neft kəmərinin açılışı çərçivəsində Türkiyəyə səfərini xatırladan dövlət başçısı bildirib ki, bu layihə ölkələr arasında əməkdaşlığı daha da möhkəmləndirəcək. İ.Əliyev dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə N.Arası "Tərəqqi" ordeni ilə təltif edib.

N.Aras İ.Əliyevə minnətdarlığını bildirərək, Azərbaycanın gələcəkdə də uğurla inkişaf edəcəyinə ümid etdiyini deyib. O xatırladıb ki, Türkiyənin işgüzar adamları Azərbaycana böyük sərmayə qoyub və onların fəaliyyəti üçün əlverişli şərait yaradılıb.

Xəbər lenti

Xəbər lenti