Bu gecə Türkiyədə baş vermiş partlayışlar zamanı zərərçəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Türkiyədəki səfiri Zakir Haşımov məlumat verib.
Səfir bildirib ki, İstanbul və kurort şəhəri olan Mərmərisdə partlayışlar nəticəsində 27 nəfər zərər çəkib. Egey dənizi sahilində yerləşən Mərmərisdə 3 bomba partlayıb. 21 nəfər yaralanıb. Onlardan 10-u Britaniya, 11-i Türkiyə vətəndaşıdır. Ötən axşam İstanbulun mərkəzi rayonlarından birində baş vermiş partlayış nəticəsində isə 6 nəfər yaralanıb. Onların hamısı Türkiyə vətəndaşıdır.