...

British Council ilk dəfə Azərbaycan, Ermənistan və Gürcüstan jurnalistləri üçün layihə həyata keçirir

Siyasət Materials 29 Avqust 2006 12:58 (UTC +04:00)
British Council ilk dəfə Azərbaycan, Ermənistan və Gürcüstan jurnalistləri üçün layihə həyata keçirir

British Council ilk dəfə Azərbaycan, Ermənistan və Gürcüstan jurnalistləri üçün layihə həyata keçirir. Bu barədə Trend ə eksklüziv olaraq British Council -in Bakı nümayəndəliyinin direktoru Endi Uilyams (Andy Williams) bildirib. Onun sözlərinə görə, bu ölkələrin jurnalistləri artıq Böyük Britaniyada görüşüblər.

Britaniya höküməti tərəfindən maliyyələşdirilən layihənin məqsədi münaqişə bölgələrində əməkdaşlıq şəbəkəsinin yaradılmasıdır. Jurnalistlər Britaniyada birgə işdən sonra öz ölkələrində fəaliyyətlərini davam etdirir. Onlar dövlət proqramlarının monitorinqini keçirir, cəmiyyətin inkişafına, ən əsası isə hökümətdə şəffaflığa riayət olunmasına nəzarət edir.

Təşkilat yalnız British Council-in digər ölkələrlə əməkdaşlığında deyil, həm də ayrı-ayrı ölkələr, o cümlədən münaqişə zonalarında əməkdaşlığın yaradılmasında maraqlıdır.

Sentyabr ayında Azərbaycan və Böyük Britaniyanın Məzunlar assosiasiyasının yaradılmasının bir ili tamam olur. Bakıda beynəlxalq konfrans keçiriləcək və digər ölkələrdən də qonaqlar gələcək. Həmçinin gələn ay "Robotlar missiyası" layihəsi üzərində işlər görülməyə başlayacaq. Böyük Britaniya və Azərbaycan məktəbliləri internet vasitəsilə əlaqə saxlayacaq və hər bir məktəbli öz robotunu yaradacaq. Onlar bir komanda kimi işləyəcək. Elm sahəsində ən maraqlı proqram "Elm gözəldir" layihəsi olacaq. Layihənin məqsədi - Azərbaycan gənclərinin elmi fəaliyyətə cəlb olunmasından ibarətdir. Şou telekanallardan birində təşkil olunacaq. "Britaniyada bu layihə mövcuddur. Biz bu layihənin beynəlxalq variantını təşkil edirik və o, "Fame lab" adlanacaq", - deyə A.Uilyams bildirib.

Azərbaycandan gənc alim seçiləcək və o, Britaniya televiziyasında çıxış edəcək. Layihədə 600 min nəfərdən çox adam iştirak edəcək, onların təxminən 100 mini Azərbaycanda olacaq.

Xəbər lenti

Xəbər lenti