Sentyabr ayında Azərbaycan Seçki Məcəlləsindəki dəyişikliklərə dair təkliflərini Venesiya komissiyasına təqdim edəcək. Bu barədə Trend ə Venesiya komissiyasının referendum və seçkilər şöbəsinin əməkdaşı Sergey Kuznetsov məlumat verib.
S. Kuznetsov həmçinin əlavə edib ki, 2006-cı ilin yazında Azərbaycan hökümətindən Venesiya komissiyasına gələcək əməkdaşlıq haqqında təklif daxil olub.
"Sentyabr ayı ərzində yeni layihə komissiyaya göndərilməli idi. Bu təkliflər daxil olduqdan sonra sonrakı əməkdaşlığın mümkünlüyü nəzərdən keçiriləcək", - deyə Kuznetsov qeyd edib.