...

Millət vəkili Elton Məmmədov Birinci Ural sənaye sərgi-yarmarkasında iştirak etmək üçün sentyabrın 6-da Nijni Taqil şəhərinə yola düşəcək

Siyasət Materials 6 Sentyabr 2006 11:30 (UTC +04:00)

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədr müavini Elton Məmmədov Birinci Ural sənaye sərgi-yarmarkasında iştirak etmək üçün sentyabrın 6-da Nijni Taqil şəhərinə yola düşəcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Tədbir çərçivəsində Ural İstehsalat Birliyinin 70 illiyinə və Tankçılar gününə həsr olunmuş təntənəli mərasimlər, həmçinin mülki məhsulların və hərbi texnikanın nümayişi keçiriləcək.

Səfər sentyabrın 11-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti