...

LİNKS Milli Məclislə birgə tərəfdaşlıq layihəsini həyata keçirəcək

Siyasət Materials 11 Sentyabr 2006 15:55 (UTC +04:00)

Böyük Britaniyanın LİNKS təşkilatı Milli Məclislə birlikdə tərəfdaşlıq lahiyəsinə başlayıb. Trend xəbər verib ki, bununla bağlı sentyabrın 11-də M.F.Axundov adına kitabxanada LİNKS təşkilatı və MM rəhbərliyi ilə birgə tədbir keçirilib.

Tədbirdə çıxış edən LİNKS Şurasının prezidenti Deym Odri Clover bildirib ki, layihənin əsas məqsədi parlament təchizatının möhkəmləndirilməsidir.

Daha sonra çıxış edən Böyük Britaniyanın azərbaycandakı səfiri Lori Bristou Azərbaycanın Avropa Şurası və ATƏT qarşısında göturdüyü öhdəliklərdən danışıb. O bildirib ki, layihənin məqsədi necə deputat seçilmək yox, seçildikdən sonra seçicilərlə necə iş qurmaqdır.

Səfir onu da qeyd edib ki, layihənin əsas məqsədlərindən biri də Milli Məclisin mətbuat xidmətinin jurnalistlərlə iş qurmasını diqqətdə saxlamaqdır. Səfir vurğulayıb ki, oktyabr ayından etibarən parlament jurnalistləri üçün seminarlar keçiriləcək.

Tədbirdə çıxış edən vitse-spiker Bahar Muradova bildirib ki, layihə iki il ərzində həyata keçiriləcək. O qeyd edib ki, Azərbaycanın nailiyyətlərinin beynəlxalq təşkilatlar tərəfindən obyektiv qiymətləndirilməsi sevindiricidir. Qeyd edək ki, LİNKS keçid mərhələsində olan cəmiyyətlərdə sülh və demokratik dövlət quruculuğu məsələləri ilə məşğul olan QHT-dır. Bu təşkilat 10 ildir ki, Azərbaycanda fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti