OPEC prezidenti və eyni zamanda Nigeriyanın neft naziri Edmond Dakoru Azərbaycanın neft hasilatını artırmaq planlarından narahatlıq bildirib. Trend in xarici KİV-ə istinadən xəbər verdiyi kimi, Edmond Dakoru deyib ki, 2007-ci ildə Azərbaycanda neft istehsalının artması neftin dünya qiymətlərinə əlavə təzyiq göstərə bilər.
Azərbaycanla yanaşı, o, qiymətlərə təzyiq göstərə biləcək ölkələrdən Anqola, Braziliya və bir neçə Xəzəryanı dövlətin adını çəkib.
2007-ci ildə Azərbaycan 30 mln tondan çox neft istehsal etmək niyyətindədir. Neftin böyük hissəsi ABƏŞ tərəfindən "Azəri-Çıraq-Günəşli" yatağından hasil ediləcək. ARDNŞ isə müstəqil işlənən yataqlarda 9 mln ton neft hasil edəcək.
Hazırda Azərbaycan nefti Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tiflis-Ceyhan boru kəmərləri və dəmir yolu ilə Gürcüstanın Batumi limanınadək ixrac olunur.