...

Güney Azərbaycan Milli Hərəkatı ilə bağlı Əlaqələndirmə Mərkəzi yaradılıb

Siyasət Materials 12 Sentyabr 2006 18:02 (UTC +04:00)

Güney Azərbaycan Milli Hərəkatı ilə bağlı Əlaqələndirmə Mərkəzi yaradılıb. Trend in məlumatına görə, bu barədə qərar bu gün - sentyabrın 12-də Bakıda keçirilən Güney Azərbaycan Milli Hərəkatına həsr edilmiş beynəlxalq Forumun sonunda qəbul olunub.

Forumda təklif edilib ki, Güney Azərbaycanda baş verən prosesləri, güneyli hərəkatçıların fəaliyyətini əlaqələndirmək üçün koordinasiya mərkəzinin yaradılmasına ehtiyac var. Təklif müsbət qarşılanıb və qəbul olunub. Həmçinin bu günkü Forumun Güney Azərbaycan Milli Hərəkatının birinci Forumu adlandırılması və növbəti dəfələrdə də onun mərhələlərlə keçirilməsi qərara alınıb.

Növbəti Forumların müxtəlif sahələr üzrə keçirilməsi qərara alınıb. Məsələn, Güney Azərbaycan milli hərəkatının Azərbaycanın kütləvi informasiya vasitələrində yetərli səviyyədə işıqlandırılmaması əsas gətirilərək jurnalistlərin iştirakı ilə Forum keçirilməsi təklif olunub. Həmçinin güneyli hərəkatçılara təzyiqlər, zorakılıqlar edilməsi nəzərə alınaraq hüquq-müdafiə təşkilatları, insan haqları müdafiəçiləri forumlarının keçirilməsi təklifi razılıqla qarşılanıb.

Güney Azərbaycanla bağlı növbəti forum və konfransların təşkili Əlaqələndirmə Mərkəzi və onun alt komissiyaları tərəfindən həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti