İranın Mədəniyyət və Əl İşləri Təşkilatının ümumi əlaqələr şöbəsinin məlumatına əsasən, şair Məhəmmədhüseyn Şəhriyarın 100 illiyi münasibəti ilə sentyabrın 16-da Tehranda beynəlxalq konfrans keçiriləcək.
Trend in Tehrandakı xüsusi müxbirinin verdiyi məlumata görə, konfransın birinci günündə İran parlamentinin spikeri və İranın Mədəniyyət və Əl İşləri Təşkilatının başçısı çıxış edəcəklər. Türkiyə, Azərbaycan, Tacikistan və Rusiya rəhbərlərinin məktubları oxunacaq.
Konfransın işində Türkiyənin, Azərbaycanın, Tacikistanın və başqa ölkələrin mədəniyyət nazirləri iştirak edəcəklər.
Tədbir sentyabrın 18-də Təbrizdə davam etdiriləcək. Burada İran prezidenti Mahmud Əhmədinejadın məktubu oxunacaq.
M.Şəhriyarın məzarı yanında Azərbaycan xanəndəsi Arif Babayev muğam oxuyacaq.