...

Heydər Babayev: İmzalanmış protokollar Polşa və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı baza olacaq

Siyasət Materials 13 Sentyabr 2006 15:10 (UTC +04:00)

Polşa və Azərbaycan arasında ticarət dövriyyəsini və investisiya sahəsini genişləndirmək lazımdır. Trend ə Azərbaycanın Polşadakı səfirliyindən verilən məlumata görə, bu barədə Polşa-Azərbaycan hökumətlərarası komissiyasının birinci iclasından sonra, Polşanın iqtisadiyyat naziri Pyotr Voznyak jurnalistlərə bildirib.

P.Voznyak Polşa şirkətlərini bu il noyabrda Bakıda keçiriləcək ticarət-investisiya sərgisində fəal iştirak etməyə çağırıb.

Öz növbəsində, iqtisadi inkişaf naziri Heydər Babayev əlavə edib ki, enerji təhlükəsizliyi və aqrosənaye kompleksi, turizm, nəqliyyat, bank-maliyyə və digər sahələrində ikitərəfli əməkdaşlıq kimi məsələlərin əks olunduğu protokolların imzalanması Polşa-Azərbaycan əməkdaşlığının genişləndirilməsi üçün yaxşı baza olacaq.

Hökumətlərarası komissiya iştirakçılarının mətbuat konfransından sonra seminar keçirilib. Tədbirdə Azərbaycan təmsilçiləri öz polyak həmkarlarını ölkənin siyasi-iqtisadi inkişaf göstəriciləri barədə məlumatlandıraraq, onları daha sıx əməkdaşlığa çağırıblar.

Xəbər lenti

Xəbər lenti