Sentyabrın 25-də və ya 26-da Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 61-ci sessiyasında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti məsləhətləşmələri keçiriləcək. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat və informasiya idarəsinin rəisi Tahir Tağızadə bir gün əvvəl ölkənin xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Londonda baş tutmuş danışıqları şərh edərkən bildirib.
Onun sözlərinə görə, danışıqlar London vaxtı ilə 17.00-a qədər davam edib. "Müzakirələrin gedişinin mürəkkəb olmasına baxmayaraq, müsbət səciyyələndirmək olar", - deyə T.Tağızadə bildirib.
Onun sözlərinə görə, müzakirələrin əsas məqsədi sülh prosesinin bir addım irəliləməsi idi, "və buna nail olundu".