...

Gənclər və idman naziri Azad Rəhimov sentyabrın 21-28-də Çin Xalq Respublikasına səfər edəcək

Siyasət Materials 14 Sentyabr 2006 12:29 (UTC +04:00)

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov sentyabrın 21-28-də Çin Xalq Respublikasına səfər edəcək. Bu barədə Trend ə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Raqif Abbasov bildirib.

R.Abbasov qeyd edib ki, səfər çərçivəsində nazir bir sıra əhəmiyyətli görüşlər keçirəcək: "Məqəsəd birinci növbədə gənclər sahəsində qarşılıqlı əməkdaşlığın beynəlxalq səviyyədə gücləndirilməsidir. Digər tərəfdən isə, nazir 2008-ci il yay olimpiya oyunlarına ev sahibliyi edən Çinin bu prosesə hazırlığı ilə tanış olacaq. Eyni zamanda nazir bu ölkədə idman qurğularının, olimpiya kəndinin tikilməsi, Azərbaycan idmançılarının harada yerləşəcəyi, idman yarışlarının hansı ünvanlarda keçiriləcəyi ilə tanış olacaq".

R.Abbasov onu da bildirib ki, səfər ərəfəsində Çində sərbəst və yunan-roma güləşi üzrə dünya çempionatı keçiriləcək: "Nazir Azad Rəhimovun iştirakı ilə biz orada Azərbaycanın prezentasiya diskini təqdim edəcəyik. Bu da Azərbaycan idmanının tanıdılması üçün mühüm tədbir olacaq. Məqsəd 2007-ci ildə Bakıda keçiriləcək sərbəst və yunan-roma güləşi üzrə dünya çepionatına ev sahibliyini əldə etməkdir". R.Abbasov bildirib ki, bu məsələ ilə bağlı ilkin razılıq əldə olunub. Sadəcə olaraq bu razılıq rəsmən sentybarın 23-də Çinin Quanç-Jou şəhərində təsdiqlənəcək.

Xəbər lenti

Xəbər lenti