...

MDB-nin İcraiyyə Komitəsinə təşkilatın sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü haqqında təşəbbüs daxil olmayıb

Siyasət Materials 14 Sentyabr 2006 16:38 (UTC +04:00)

Oktyabrın 17-də Minskdə keçirilməsi planlaşdırılan MDB-nin növbəti sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Koçaryanın görüşü haqqında məsələ hələ razılaşdırılmayıb. Bu barədə Trend ə MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

İcra komitəsindən bildirilib ki, MDB-nin bu məsələni koordinasiya etməməsinə baxmayaraq, əgər tərəflərdən biri belə bir təşəbbüslə müraciət etsə, həmin təşəbbüs nəzərdən keçirilə bilər. Sammitin keçirilməsinə hələ bir ay vaxt var və bu görüşün keçirilməsi istisna edilmir.

Komitə nümayəndəsinin sözlərinə görə, sammitin proqramı və gündəliyi artıq formalaşdırılıb və MDB-nin bütün iştirakçı-dövlətlərinin başçılarına, o cümlədən də Azərbaycana göndərilib. Lakin, şübhəsiz, proqram və gündəlik hələ təshih ediləcək.

Xəbər lenti

Xəbər lenti