Sentyabrın 15-də "İsr Plaza" otelində Norveçin Azərbaycandakı səfiri Steynar Gilin diplomatik missiyasının başa çatması münasibətilə mərasim keçirilib. Trend in məlumatına görə, mərasimdə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, ictimai-siyasi qurumların rəhbərləri iştirak ediblər.
Azərbaycandakı diplomatik korpusun aından çıxış edən Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze Steynar Gili fəaliyyətinin başa çatması münasibətilə təbrik edib, eyni zamanda təəssüfünü bildirib. O, S.Gilin Gürcüstanda da səfir olduğunu xağırladaraq onun hər iki ölkədə uğurlu fəaliyyətindən danışıb. Səfirin hər zaman xoş xatirələrlə xatırlanacağını deyib.
S.Gil çıxışında özünün Azərbaycanla bağlı xatirələrindən danışıb. Ölkəmizi və insanlarını daim xatırlayacağını deyib. O həmçinin qeyd edib ki, Azərbaycandakı diplomatik fəaliyyəti ölkəmizdə yeni neft bumunun yarandığı bir vaxta təsadüf edir: "Mən ümid edirəm ki, Azərbaycanda neft gəlirləri xalqın rifahına xidmət edəcək" - deyə S.Gil bildirib.
S.Gilə fəaliyyətini başa çatması və Azərbaycanı tərk etməsi münasibətilə mövcud ənənəyə uyğun olaraq müxtəlif hədiyyələr təqdim olunub.