Yaxın vaxtlarda xarici ölkələrdə və beynəlxalq təşkilatlarda DİN nümayəndələrinin təyin edilməsi gözlənilir. Bu barədə Trend ə Azərbaycanın Daxili İşlər Nazirliyindən məlumat verilib.
Daxili İşlər Nazirliyi nümayəndələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təmsilçiliyi ilk növbədə Azərbaycanda cinayət törədənlərin daha çox sığınacaq tapdığı və Azərbaycan vətəndaşlarının daha çox gedib-gəldiyi ölkələrdə reallaşacaq.
Qeyd ed ki, DİN nümayəndələri artıq Rusiya Federasiyasında və Gürcüstan Respublikasında fəaliyyət göstərir. Yaxın vaxtlarda isə daha bir neçə ölkəyə təyinatlar gözlənilsə də, hələlik həmin ölkələrin adları açıqlanmır.
DİN nümayəndələrinin bu təyinatları prezident İlham Əliyevin "Azərbaycan Daxili İşlər Nazirliyinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında" fərmanından irəli gəlir. Qeyd edək ki, həmin sənədə görə, daxili işlər nazirinə prezidentlə razılaşdırmaqla DİN numayəndələrini xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təyin etmək səlahiyyəti verilir.