...

Səlim Müslümov: Azərbaycanda pensiyaların yığım hissəsi sistemi 2010-cu ildən tətbiq olunmağa başlanacaq

Siyasət Materials 19 Sentyabr 2006 16:00 (UTC +04:00)
Səlim Müslümov: Azərbaycanda pensiyaların yığım hissəsi sistemi 2010-cu ildən tətbiq olunmağa başlanacaq

Azərbaycanda pensiyaların yığım hissəsi sistemi 2010-cu ildən tətbiq olunmağa başlanacaq. Trend in xəbər verdiyi kimi, bu barədə bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

DSMF-in hesablamalarına görə, yığım hissəsi işçilərin əmək haqlarından tutulan məcburi sosial sığortaya yönəldiləcək vəsait hesabına formalaşacaq. Hazırda işçilərin sosial ayırmalarının həcmi 3 % təşkil edir, lakin S. Müslümov 2010-cu ilədək işverənlə (22%) işçi (3%) arasındakı nisbətin dəyişmə ehtimalını istisna etmir.

2010-cu ildən sonra 3 il ərzində pensiyaların yığım hissəsi banklarda depozit şəklində saxlanılanacaq. Yalnız üçillik müddət başa çatdıqdan sonra sığortaçının bu vəsaitdən investisiya kimi istifadə etmək imkanı olacaq. Bu investisiyalardan istifadə qaydaları və istiqaməti isə bir qədər sonra qəbulu planlaşdırılan ayrı bir qanunla müəyyən olunacaq. Vəsaitlərin idarə olunması ilə DSMF məşğul olacaq və bu vəsaitlər dividentlərin alınması şərtləri əsasında yerləşdiriləcək.

S. Müslümovun sözlərinə görə, əvvəlcə Azərbaycan hazırda Qazaxıstanda da tətbiq olunan yığım sistemi üzrə Çili təcrübəsindən istifadə etmək istəyirdi, lakin dünya maliyyə bazarlarındakı vəziyyətin qeyri-sabitliyi ilə əlaqədar olaraq, bu təcrübədən istifadə etmək riskli olardı.

Məsələn, Qazaxıstan ilk vaxtlar 2003-cü ildə pensiyaların yığım hissəsinin yerləşdirilməsindən illik inflyasiya 7-8% olmaqla 30%-dan çox dividend alırdı. 2004-cü ildə isə inflyasiya 50%-i keçdiyi halda, dividentlər müvafiq olaraq qiymətini itirdi.

Pensiyaların yığım hissəsini bütün vətəndaşlar ala bilməyəcəklər. Onu 1973-cü ildən sonra anadan olmuş şəxslər ala biləcəklər, - deyə DSMF sədri bildirib. Bu, o şərtlə edilib ki, 2010-cu ilə 1973-cü ildə anadan olmuş şəxslərin 37 yaşı olacaq. Qanuna görə isə, pensiyaların yığım hissəsini almaq üçün 25 illik sığorta stajına malik olmaq zəruridir. Beləliklə, 1973-cü ildən sonra anadan olmuş şəxslərin 62 yaşında təqaüdə çıxdıqları zaman lazım olan minimal səviyyədə - 25 illik sığorta stajı olacaq.

Sığortaçının pensiyaların yığım hissəsini alması yalnız onun pensiya yaşına çatdığı zaman mümkün olacaq. Lakin müəyyən istisnalar da mümkündür. Sığortaçı təqaüdə qədər pensiyaların yığım hissəsini, əsasən, iki halda götürə bilər. Birincisi, o, vətəndaşlığını dəyişdiyi zaman və ikincisi, sığortaçının öləcəyi təqdirdə pensiyaların yığım hissəsi onun varislərinə veriləcək.

Xəbər lenti

Xəbər lenti