...

Bələdiyyə seçkilərini izləmək üçün DSK-larda 7232, MSK-da 46 müşahidəçi qeydə alınıb

Siyasət Materials 19 Sentyabr 2006 19:03 (UTC +04:00)

Bu il oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərində iştirak edən namizədlərin sayı 4566 nəfər olub. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Namizədlərdən 248-i qadındır. Ümumilikdə 61 nəfər namizədliyini geri götürüb.

Bələdiyyə seçkilərini izləmək üçün 7232 nəfər yerli müşahidəçi dairə seçki komissiyalarında qeydə alınıb. Onlardan 2925 nəfəri siyasi partiyalar tərəfindən irəli sürülən müşahidəçilərdir. MSK-da isə cəmi 46 nəfər müşahidəçi qeydə alınıb.

Beynəlxalq müşahidəçilərə gəldikdə, bələdiyyə seçkilərində Avropa Şurası Yerli Özünüidarə Hakimiyyətləri Konqesinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES), ABŞ-ın Respublkaçılar İnstitunun nümayəndələri, həmçinin Ukranyanın MSK-sının sədri müşahidə aparacaqlar.

Qeyd edək ki, bu il oktyabrın 6-da Azəbaycanda 603 bələdiyyə üzrə təkrar, əlavə, yeni və ilk dəfə seçkilər keçiriləcək.

Xəbər lenti

Xəbər lenti