Bəzi məhkəmə hakimlərinin xidməti silah almaq üçün Daxili İşlər Nazirliyinə etdikləri müraciətlərə baxılacaq. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycanın daxili işlər naziri Ramil Usubov məlumat verib.
O bildirib ki, son vaxtlar bir sıra hakimlər təhlükəsizliklərini təmin etmək məqsədilə DİN-ə belə müraciətlər ediblər. Müraciətlər araşdırılandan sonra hansı hakimə xidməti silah verilməsi müəyyən ediləcək və xidməti silahlar qanuna müvafiq şəkildə veriləcək.