Azərbaycan, Ermənistan və Gürcüstanda itkin düşmüşlərə dair məsələdə irəliləyişə nail olmaq mümkündür. AŞPA-nın miqrasiya, qaçqınlar və əhali komitəsinin məruzəçisi Leo Platvoyet belə hesab edir. Trend xəbər verir ki, bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məlumatında qeyd olunub.
Dağlıq Qarabağ və Abxaziyaya səfərdən sonra Leo Platvoyet bölgədəki münaqişələr zamanı itkin düşmüşlərə dair irəliləyişə nail olmaq məsələsinə daha optimist yanaşır.
Məlumatda qeyd olunub ki, Leo Platvoyet 2006-cı ilin iyun ayında Bakı, Tbilisi və Yerevana səfər etdikdən sonra belə bir fikrə gəlib ki, maraqlı tərəflər bu məsələ ilə siyasi baxımdan deyil, humanitar nöqteyi-nəzərdən məşğul olmaq istəyirlər.
AŞPA məruzəçisi qeyd edib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin mexanizmləri məqamında oldu və tərəflər başlıca məsələdə -itkin düşmüşləri müəyyən etməyə kömək edəcək həlak olanlar haqqında məlumatın yığılmasında və itkin düşmüş şəxslərin siyahısının razılaşdırılmasında razılığa gəliblər.
Sonda L.Platvoyet bildirib ki, müvafiq komitələr daha sürətli irəliləyişə nail olmaq üçün daha sıx əməkdaşlıq etməlidirlər.