...

Bələdiyyə seçkilərində beynəlxalq qurumlar tərəfindən "exit-poll" keçirilməyəcək

Siyasət Materials 27 Sentyabr 2006 13:31 (UTC +04:00)

Bu il oktyabrın 6-da Azərabycanda keçiriləcək bələdiyyə seçkilərində xarici dövlətlər, beynəlxal qurumlar tərəfindən "exit-poll" (seçki ilə bağlı sorğu) keçirilməyəcək. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirib ki, əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə bələdiyyə seçkilərində "exit-poll" keçirmək üçün həm yerli, həm də beynəlxalq qurumlardan heç bir müraciət edilməyib. A.Sarıyevin sözlərinə görə, yerli təşkilatlar "exit-poll" keçirmək üçün MSK-ya müraciət etməyə bilərlər. Çünki MSK bütün məntəqə seçki komissiyalarına "exit-poll" keçirmək istəyən şəxslərə qanuna müvafiq şəkildə şərait yaratmalarına dair tapşırıq verib.

Xəbər lenti

Xəbər lenti