...

Fikrət Məmmədov: Avropa ölkələri arasında hakimlərin sayının ən kiçik göstəricisi Azərbaycandadır

Siyasət Materials 3 Oktyabr 2006 19:05 (UTC +04:00)
Fikrət Məmmədov: Avropa ölkələri arasında hakimlərin sayının ən kiçik göstəricisi Azərbaycandadır

Avropada hakimlərin sayına görə ən kiçik göstərici Azərbaycandadır. Trend in xəbər verdiyi kimi, bu barədə bu gün ədliyyə naziri Fikrət Məmmədov bildirib və qeyd edib ki, hazırda ölkədə əhalinin hər min nəfərinə 4 hakim düşür.

Bu problemin həlli üçün, 2006-cı ilin avqustunda prezidentin verdiyi fərmana uyğun olaraq, hakimlərin sayı 50% artırılaraq 153-ə çatdıralacaq, - deyə nazir qeyd edib. Məhkəmə sistemi üçün işçilərin seçimi müsabiqə əsasında keçirilir. Müraciət etmiş 704 namizəddən cəmi 609 nəfəri müsabiqədə iştirak edib. Onlardan 307-si 60-dan yuxarı bal toplayaraq, müsabiqə seçiminin növbəti mərhələsinə keçid alıblar.

Ölkənin məhkəmə sistemini yaxşılaşdırmaq üçün adıçəkilən fərman əsasında regionlarda da məhkəmələrin, o cümlədən Apellyasiya və rayon məhkəmələrinin yaradılması planlaşdırılır. Nazirin sözlərinə görə, bu cür tədbirlərin həyata keçirilməsi üçün maliyyə resursları tələb olunur. DB və Yaponiya hökuməti ölkənin ədliyyə sisteminə yardım etməyə razılıq veriblər. "Qısa müddət ərzində ölkənin məhkəmə sisteminin modernləşdirilməsi layihəsi hazırlanıb və biz Sloveniya, Polşa, Ukrayna, Venesueladakı analoji layihələri öyrənmişik", - deyə F. Məmmədov qeyd edib.

Onun sözlərinə görə, layihə çərçivəsində 17 məhkəmə binasının təmiri və digər binaların yenidən qurulması, Ali Məhkəmə üçün yeni binanın təmiri və Konstitusiya məhkəməsinin maddi-texniki bazasının yaxşılaşdırılması nəzərdə tutulub. Hal-hazırda Azərbaycan hökumətinin vəsaitləri hesabına Ali məhkəmənin təmirinə başlanılıb, layihə çərçivəsində isə onun texnoloji təchizatı həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti