...

Rusiya elmlər akademiyasının prezidenti Bakıya gəlir

Siyasət Materials 4 Oktyabr 2006 13:39 (UTC +04:00)
Rusiya elmlər akademiyasının prezidenti Bakıya gəlir

Oktyabrın 5-dən 7-dək Azərbaycan Milli Elmlər Akademiyasının dəvəti ilə Rusiya Elmlər Akademiyasının prezidenti akademik Yuri Osipovun başçılığı ilə REA Rəyasət heyətinin nümayəndə heyəti Bakıda olacaq. Bu barədə Trend ə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Səfər Azərbaycanda Rusiya ili çərçivəsində keçiriləcək. Rusiya nümayəndə heyətinin Bakıya səfər proqramında bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb. Oktyabrın 6-da nümayəndə heyəti Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcək və Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin məzarına əklil qoyacaq. Sonra Azərbaycan MEA Rəyasət heyətində elmi ictimaiyyətlə görüş keçiriləcək və ekvivalent alim mübadiləsi haqqında akademiyalararası Protokolun və hər iki Akademiyanın elmi müəssisələrinin əməkdaşlığının tematik planı şəklində əlavə imzalanacaq. Protokol 2005-ci ildə Moskvada Rusiyada Azərbaycan ili çərçivəsində imzalanmış REA və AMEA -nın elmi əməkdaşlığı haqqında Sazişin ayrılmaz hissəsi olacaq.

Oktyabrın 7-də ölkə rəhbərliyi Rusiyanın nümayəndə heyətini qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti