...

Ukrayna MSK-sının sədri azərbaycanlı həmkarı Məzahir Pənahovla görüşüb

Siyasət Materials 6 Oktyabr 2006 13:56 (UTC +04:00)

Bu gün - oktyabrın 6-da Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Yaroslav Davidoviç Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşüb. Bu barədə Trend ə Azərbaycan MSK-sından məlumat verilib.

Azərbaycam MSK-nın sədri Məzahir Pənahov ukraynalı həmkarının başçılıq etdiyi nümayəndə heyətinin bu gün bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçirilən seçkilərdə müşahidəçilk etməsindən məmnun olduğunu söyləyib. Sədr artlq bir neçə ildir ki, Ukrayna MSK ilə Azərbaycan MSK-nın əməkdaşlıq etdiyini vurğulayaraq sözügedən seçkiləri də diqqətdə saxladıqlarına görə təşəkkürünü bildirib. O, bələdiyyə seçkiləri ilə bağlı qonaqlara ətraflı məlumat verib.

Yaroslav Davidoviç seçkiqabağı vəziyyətlə tanış olduğunu, artıq bir neçə məntəqədə səsvermənin gedişini izlədiyini nəzərə çatdıraraq qeyd edib ki, məntəqələrdə səsvermənin qanunauyğun keçdiyinin, müşahidəçilərin sayının kifayət qədər çox olduğunun şahidi olub. O, bildirib ki, indiyə qədərki müşahidələri belə deməyə əsas verir ki, seçkilər demokratik, şəffaf və ədalətli keçiriləcək.

Xəbər lenti

Xəbər lenti