...

Rusiya Dövlətlərarası Mədəniyyət Fondunun yaradılması təşəbbüsü ilə çıxış edib

Siyasət Materials 9 Oktyabr 2006 12:50 (UTC +04:00)

Rusiya MDB çərçivəsində Dövlətlərarası Mədəniyyət Fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Trend in xəbər verdiyi kimi, bu barədə oktyabrın 9-da Bakıda jurnalistlərə Rusiya Federasiyasının mədəniyyət və kütləvi kommunikasiyalar naziri Aleksandr Sokolov məlumat verib.

"Hesab edirik ki, MDB çərçivəsində YUNESKO kimi Dövlətlərarası Fondun yaradılması Birlik məkanında humanitar əməkdaşlığın inkişafına xidmət edə bilər. "Rusiya tərəfi Fondun ikiillik fəaliyyət planının layihəsini işləyib hazırlayıb və bu fəaliyyəti maliyyələşdirməyə bir qədər hazırdır. Təşəbbüs artıq Birliyin bütün ölkələrinə təqdim edilib", - deyə A.Sokolov bildirib.

Nazir hesab edir ki, fondun yaradılması MDB dövlətləri arasında mədəni və humanitar əlaqələrin daha da genişlənməsinə təkan verəcək.

Xəbər lenti

Xəbər lenti