...

Səyavuş Novruzov: "YAP fövqəladə qurultay keçirməyəcək"

Siyasət Materials 10 Oktyabr 2006 16:22 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyası (YAP) fövqəladə qurultay keçirməyəcək. Trend xəbər verir ki, bu barədə jurnalistlərə YAP icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov hakim partiyanın fövqəladə qurultayına hazırlaşması ilə bağlı müxalifət qəzetlərində gedən yazılara münasibət bildirərkən qeyd edib.

Millət vəkili qeyd edib ki, YAP-ın nizamnaməsinə uyğun olaraq rayon və şəhər təşkilatlarının iki ildən bir konfransı keçirilməlidir: "Ona görə də rayon, şəhər təşkilatlarının hesabat seçki yığıncaqları və konfransları keçirilir. Bunların da mahiyyəti ondan ibarətdir ki, partiya üzvlərinin sayı çoxalıb, rayon təşkilatında təşkilati məsələlərə baxılır".

YAP rəsimi partiyanın İdarə Heyətinin formalaşdırılması ilə bağlı deyilənlərə də aydınlıq gətirib. Bildirib ki, bu sədrin səlahiyyətindədir: "İdarə Heyəti Siyasi Şuranın tərkibindən seçilir, Siyasi Şuranı isə qurultay seçir. Belə bir zərurət olarsa bu məsələyə baxmaq olar".

Xəbər lenti

Xəbər lenti