...

NATO PA nümayəncəsi Vahid Ərdəm: Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistan özü maraqlıdır

Siyasət Materials 16 Oktyabr 2006 19:13 (UTC +04:00)
NATO PA nümayəncəsi Vahid Ərdəm: Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistan özü maraqlıdır

Trend-i buradan izləyin

Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistan özü maraqlıdır. Trend in xəbər verdiyi kimi, bu barədə NATO Parlament Assambleyasının (PA) Təhlükəsizlik və Müdafiə üzrə Komitəsinin Təhlükəsizlik və Gələcək Müdafiə Məsələləri üzrə Alt Komitəsinin sədri Vahid Ərdəm oktyabrın 16-da Bakıda jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın rəsmi şəxsləri ilə Azərbaycan üçün ən vacib məsələ - Dağlıq Qarabağ münaqişəsinin həlli problemi müzakirə olunub. Bu məsələdə mühüm olanı Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad olunması, qaçqınların öz doğma yurd-yuvalarına qaytarılması, onların təhlükəsizliyinin BMT çərçivəsində beynəlxalq sülhməramlıların cəlbi yolu ilə təmin olunmasıdır, - deyə V. Ərdəm bildirib. Onun sözlərinə görə, əks təqdirdə, Qərbi Türkiyə, Gürcüstan və Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələri və daha sonra Çinlə birləşdirəcək iri dəmir yolu layihəsində, eləcə də iri enerji layihələrində iştirak etməməklə Ermənistan özünü təcrid etmiş olacaq.

"Biz istəyirik ki, Ermənistan da Cənubi Qafqaz ölkələri ilə yanaşı qərbə inteqrasiya etsin, Türkiyə sərhədləri açsın, bu isə erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərini boşaltmasından asılıdır. Türkiyə Ermənistanla sərhədlərini Azərbaycan əraziləri işğal olunduqdan sonra bağlayıb. Türkiyənin yeganə şərti isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin azad edilməsidir. Bu, həm Ermənistan, həm Türkiyə, həm də Azərbaycan üçün vacib addım olacaq", - deyə V. Ərdəm vurğulayıb.

Xəbər lenti

Xəbər lenti