...

DAƏŞ noyabrın 9-10-da ilk qurultayın keçirilməsinin 5 illiyi ilə əlaqədar təntənəli mərasim keçirəcək

Siyasət Materials 17 Oktyabr 2006 12:32 (UTC +04:00)

Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası (ƏŞ) noyabrın 9-10-da şuranın ilk qurultayının keçirilməsinin 5 illiyi ilə əlaqədar təntənəli mərasim keçirəcək. Bu barədə Trend ə adıçəkilən şuranın icraçı katibi Eliza İsmayılova bildirib.

Qeyd edək ki, Əlaqələndirmə Şurasının ilk qurultayı 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilib. Nizamnaməyə uyğun olaraq qurultay 5 ildən bir keçirilir. İkinci qurultay isə 2006-cı il martın 16-da keçirilib.

E.İsmayılova onu da bildirib ki, şuranın ilk qurultayında qarşıya qoyulan vəzifələr mərhələ-mərhələ yerinə yetirilib. Xarici diaspor təşkilatlarının fəaliyyəti sürətlənib, dünya azərbaycanlılarının əlaqələri genişlənib. Əlaqələndirmə Şurasının rəsmisi onu da vurğulayıb ki, noyabrın 9-10-da planlaşdırılan mərasimdə xaricdən qonaqlar da dəvət olunacaq. Ancaq hələlik yer məsələsi həll edilməyib. O da qeyd olunub ki, bayram xarakterli bu mərasimdə dövlət və hökumət rəsmiləri də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti