Azərbaycan rəhbərliyi gənc nəslin rus dilini unutmaması üçün əlindən gələni edir. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
"Azərbaycanda heç bir rus dilli məktəb bağlanmayıb. Bütün dövlət ali təhsil müəssisələrində rus dilli təhsil şöbələri mövcuddur. Bundan başqa Slavyan universiteti kifayət qədər uğurla fəaliyyət göstərir", - deyə İlham Əliyev çərşənbə günü "Rossiya" telekanalının "Vesti" proqramına müsahibəsində bəyan edib.
Trend in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısının sözlərinə görə, hazırda respublikada rus dilində çıxan qəzetlərin sayı sovet dövründəki ilə müqayisədə bir neçə dəfə çoxdur. Prezident qeyd edib ki, "Azərbaycanda rus dilinə münasibət ən yüksək səviyyədədir".
"Təsadüfi deyil ki, rusiyalı həmvətənlərin konqresi kimi mühüm tədbirlər Rusiyadan kənarda ilk dəfə olaraq məhz Azərbaycanda keçirilib. Biz artıq böyüyən və müstəqillik şəraitində formalaşan gənc nəslin rus dilini itirməməsinə çalışırıq", - deyə İlham Əliyev sonda bildirib.