...

Pekində Çin-Azərbaycan Dostluq Cəmiyyətinin təsis konfransı keçirilib

Siyasət Materials 19 Oktyabr 2006 15:07 (UTC +04:00)
Pekində Çin-Azərbaycan Dostluq Cəmiyyətinin təsis konfransı keçirilib

Oktyabrın 19-da Pekində Çin-Azərbaycan Dostluq Cəmiyyətinin təsis konfransı keçirilib. Bu barədə Trend ə Azərbaycanın Çindəki səfiri Yaşar Əliyev məlumat verib.

Mərasim Ümumçin Dostluq Cəmiyyətinin binasında keçib. Konfransda yeni təşkilatın sədri və idarə heyəti üzvləri seçilib. Daha sonra Ümumçin Dostluq Cəmiyyəti adından qəbul təşkil olunub.

Səfir qeyd edib ki, AR-də Azərbaycan-Çin Dostluq Cəmiyyəti mövcuddur. Bu cəmiyyətin Pekində analoqunun yaradılması Çin hökumətinin ölkəyə, onun xalqına və tarixinə olan diqqətindən xəbər verir. "Bu, həm də hər iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf göstəricisidir", - deyə səfir vurğulayıb.

Y.Əliyevin sözlərinə görə, Çin MDB ölkələri arasında yalnız Rusiya ilə bu cür əməkdaşlığa malikdir. Azərbaycan bu siyahıda ikinci olacaq.

Xatırladaq ki, 2006-cı ilin sonuna Azərbaycan hökuməti Çində mədəniyyət mərkəzi açmağı planlaşdırır. Artıq mərkəzin təsis edilməsi ilə bağlı rəsmi Pekinin razılığı alınıb.

Xəbər lenti

Xəbər lenti