Noyabrın 22-də Azərbaycanın bir qrup ədliyyə işçisinə xüsusi rütbələr və fəxri fərmanlar, ədliyyə orqanlarında ilk dəfə işə qəbul olunan əməkdaşlara isə xidməti vəsiqələr təqdim olunacaq. Bu barədə Trend ə Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən məlumat verilib.
Yüksək göstəricilərlə fəaliyyət göstərmiş ədliyyə işçilərinin ölkə başçısı tərəfindən mükafatlandırılması da ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə olacaq. Qeyd edək ki, ədliyyə işçiləri 22 noyabr 2006-cı il tarixini Azərbaycanın ədliyyə sisteminin yaranmasının 88-ci ildönümü kimi qeyd edəcəklər.
Bu münasibətlə ədliyyə orqanları daxilində bayram tədbirlərinin keçirilməsi nəzərdə tutulub.
Azərbaycanda ədliyyə sisteminin əsası 1918-ci ildə qoyulub. 2000-ci ildən isə mərhum prezident Heydər Əliyevin sərəncamı ilə 22 noyabr Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı kimi qeyd olunur.