...

Salyanda yeni istirahət parkı salınır

Siyasət Materials 26 Oktyabr 2006 13:58 (UTC +04:00)

Bakı-Astara avtomobil yolunun Salyan rayonundakı "PEMKA - 23" adlanan ərazisində, yararsız bir sahədə yeni istirahət parkının tikintisinə başlanılıb.

Tikinti Salyan Rayon Aqrar-tikinti birliyi tərəfindən həyata keçirilir. İş icraçısı Ağalar Babayevin verdiyi məlumata görə, parkın tikintisinə bu ayın 6-dan başlanılıb. 25 min kv. metr sahəni əhatə edən yeni istirahat parkında hamarlama işləri aparmaq üçün 11 ədəd müxtəlif təyinatlı texnika cəlb edilib.

Hazırda hələlik 11 nəfər işçi qüvvəsi ilə istirahət parkının hasarlarının hörgüsü aparılır. Parkda mini idman stadionu ilə yanaşı, ticarət obyektləri də inşa ediləcək. Bundan başqa parkın yaxınlığında olan 4 mərtəbəli və 2 mərtəbəli binaların dam örtükləri dəyişdirilərək yenisi ilə əvəz olunacaq, binaların xarici görünüşlərində əsaslı dəyişiklər ediləcək.

Parkın tikintisi gələn ilin əvvəlində başa çatdırılacaq. İş icraçısı onu da bildirdi ki, daxili imkanlar hesabına tikilən yeni istirahat parkının ərazisində yaşıllıqlar salınacaq və dekorativ bitkilər əkiləcək.

Xəbər lenti

Xəbər lenti