...

Azərbaycan Dövlət Statistika Komitəsi 2006-cı il üçün gözlənilən inflyasiya proqnozlarını açıqlayıb

Siyasət Materials 26 Oktyabr 2006 14:09 (UTC +04:00)
Azərbaycan Dövlət Statistika Komitəsi 2006-cı il üçün gözlənilən inflyasiya proqnozlarını açıqlayıb

Azərbaycan Dövlət Statistika Komitəsi 2006-cı ildə inflyasiya tempinin 8,5% səviyyəsində artacağını ehtimal edir. Trend xəbər verir ki, bu barədə bugünkü mətbuat konfransında Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev məlumat verib. 10%-ə qədər inflyasiya zamanı bir ay ərzində bir nəfər üçün istehlak səbətinin dəyəri 286 min manat təşkil edəcək.

2005-ci ilin yekununa görə, istehlak qiymətlərinin və xidmət tariflərinin artımı 9,6% təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə 2006-cı ilin 9 ayı ərzində inflyasiyanın artım tempi 7,3% təşkil edib. Bu zaman ərzaq mallarının qiyməti 10,3%, qeyri-ərzaq mallarının qiyməti - 4,8%, xidmət sahəsində tariflər isə - 2,4% artıb. Ötən ilin analoji dövrü ilə müqayisədə sentyabr ayında istehlak mallarının qiyməti və xidmət tarifləri 10,3%, dekabra nisbətən isə - 6,2% bahalaşıb.

A.Vəliyev hesab edir ki, inkişaf etməkdə olan ölkə kimi Azərbaycanda inflyasiyanın olması qaçılmazdır, çünki onu istehlak tələbatının artması yaradır. Bundan başqa, 24-26% səviyyəsində olan əhalinin gəlirinin, əmək haqqının (19,9%) artması da inflyasiyaya səbəb olur. İnkişaf etmiş ölkələrdə gəlir 3-5% artdıqda, inflyasiyanın artımı 1-2% olur, Azərbaycanda isə, bazar münasibətlərinə keçən iqtisadiyyatı olan ölkə kimi, əhalinin əmək haqqı və gəlirlərinin səviyyəsi böyük templərlə artır.

Xəbər lenti

Xəbər lenti