...

BƏƏ parlamentarilərindən ibarət nümayəndə heyəti Azərbaycana gələcək

Siyasət Materials 26 Oktyabr 2006 18:44 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirlikləri parlamentarilərindən ibarət nümayəndə heyəti Azərbaycana gələcək. Bu barədə Trend ə Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) parlamentlərarası dostluq qrupunun rəhbəri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov bildirib.

S.Novruzov qeyd edib ki, parlamentlərarası dostluq qruplarının fəaliyyəti Milli Məclisin sədri tərəfindən diqqətdə saxlanılıb: "Spiker hər bir dostluq qurpu qarşısında məsələ qaldırıb ki, əsas fəaliyyətləri bu sahəyə yönəldilsin. Doğrudur, əgər əvvəllər bu yalnız simvolik xarakter daşıyırdısa, indi əlaqələr ciddi şəkildə genişləndirilir".

Millət vəkili bildirib ki, onun rəhbərlik etdiyi dostluq qrupu BƏƏ ilə əlaqələrini inkişaf etdirir. Oktyabrda BƏƏ-də parlament seçkilərinin keçirildiyini deyən millət vəkili seçkilər başa çatandan sonra oradan Azərbaycana böyük nümayəndə heyətinin gələcəyini deyib. Bununla bağlı BƏƏ müraciət edildiyini də bildirib. S.Novruzov onu da vurğulayıb ki, bu yaxınlarda Azərbaycanda səfərdə olan BƏƏ prezidentinin səlahiyyətli nümayəndəsi ilə keçirilən görüşdə də bu məsələlərə toxunulub.

Xəbər lenti

Xəbər lenti