...

Sankt-Peterburqdakı baş konsul Arxanqelsk vilayətinin rəsmi şəxsləri ilə görüşlər keçirib

Siyasət Materials 27 Oktyabr 2006 14:02 (UTC +04:00)
Sankt-Peterburqdakı baş konsul Arxanqelsk vilayətinin rəsmi şəxsləri ilə görüşlər keçirib

Azərbaycan Respublikasının Rusiyanın Sankt-Peterburq şəhərindəki baş konsulu Qüdsi Osmanov bu ölkənin Arxanqelsk vilayətinə səfər edib. Bu barədə Trend ə Qüdsü Osmanov özü məlumat verib.

O bildirib ki, oktyabrın 25-də Arxanqelsk vilayətinə səfərə gəlib, burada br sıra rəsmi şəxslərlə görüşlər keçirib. Baş konsul Arxanqelsk vilayətinin qubernatorunun birinci müavini Vladimir Baykov, parlamentinin sədri Sarıkin, Vətəndaşların Miqrasiyası Departamentinin rəisi Tatyana Jarova, həmçinin milis idarəsi rəisinin birinci müavini və digər şəxslərlə görüş keçirib.

Görüşlərdə Azərbaycan-Rusiya münasibətləri, Rusiyada yaşayan azərbaycan diasporunun durumu və digər məsələlər müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti