Rusiyada məzənnə siyasəti ilə bağlı son hadisələr Azərbaycanın valyuta bazarına təsir göstərməyəcək. RF Mərkəzi bankı artıq bir aydır ki, bazarda dollar almır, bu isə neftin qiymətinin düşməsi ilə izah olunur.
Bakı banklararası valyuta birjasının (BBVB) idarəçisi Fərhad Əmirbəyov Trend ə eksklüziv olaraq şərh verib ki, birja meydançasında artıq çoxdan bəri rubl və avro üzrə sazişlər bağlanmır. Hazırda təyinedici məzənnə yaradan amil ticarət balansının vəziyyətidir.
Azərbaycan Milli Bankı neft dollarından artan təzyiqi hiss edərək, manatın möhkəmlənməsi siyasətini davam etdirir. Hətta neftin qiyməti aşağı düşərkən (bu gün neftin 1 barelinin qiyməti 59-61ABŞ dolları arasında dəyişir), manata olan böyük tələbatı nəzərə alaraq, AMB öz qızıl-valyuta ehtiyatlarını artırmaqda davam edir, nəticədə bu, manatın möhkəmlənməsinə səbəb olur.
Rusiya öz məzənnə siyasətinin dəyişmə imkanını nəzərdən keçirən yeganə neft hasil edən ölkə deyil. Qazaxıstanda 2006-cı ilin iyul ayından etibarən, neftdən gələn daxilolmalara baxmayaraq, tenge Amerika dollarına nisbətən zəifləməyə başladı, o vaxta qədər isə Qazaxıstan valyutası möhkəmlənirdi. Yəqin ki, məzənnə siyasətinin dəyişməsinin başlıca səbəbi yerli istehsalçıların dəstəklənməsinə yaranan zərurətdir.