...

Baş prokuror müavini: Yaxın vaxtlarda "Barmek-Azərbaycan" şirkəti əməkdaşlarının işi məhkəməyə veriləcək

Siyasət Materials 30 Oktyabr 2006 14:02 (UTC +04:00)
Baş prokuror müavini: Yaxın vaxtlarda "Barmek-Azərbaycan" şirkəti əməkdaşlarının işi məhkəməyə veriləcək

"Barmek-Azərbaycan" şirkəti əməkdaşlarının işi yaxın vaxtlarda məhkəməyə veriləcək. Trend xəbər verir ki, bu barədə Azərbaycan baş prokurorunun birinci müavini Rustəm Usubov bildirib.

O qeyd edib ki, hazırda Baş prokurorluq yanında korrupsiya ilə mübarizə üzrə idarədə rüşvətxorluqla bağlı bir sıra cinayət işlərinə baxılır. 40-dan artıq iş məhkəməyə verilib, bəzi vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olunub.

Bu işlərin arasında həmçinin təhsil sahəsində rüşvətxorluq faktları da var. Prokuror müavini əlavə edib ki, bu faktlar əsasən orta təbəqələrlə bağlıdır.

Xəbər lenti

Xəbər lenti